Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Ankarada AZAL-a məxsus “Boeing 787” təyyarəsinə baxış keçirilib – FOTO

Fevral 10
14:58 2015

Təlim uçuşu çərçivəsində Ankaranın Esenboğa hava limanında Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin texniki nümayişi baş tutub.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, təyyarənin nümayişi zamanı Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin biznes dairələri, KİV təmsilçiləri, Esenboğa hava limanının nümayəndələri, habelə AZAL-ın Ankara şəhəri üzrə nümayəndəsi iştirak ediblər.

📷

787-1 787-2 787-3 787-4

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Quranİ-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 649 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN