Ərəb dili biznesmenlər üçün məcburi olacaq
1. 444 dəfə baxılıb
Səudiyyə Ərəbistanı ərəb dilini bütün ticarət və biznes sövdələşmələrinin həyata keçirilməsinin əsas dili kimi müəyyən edib. Bundan sonra kommunal ödənişlər üzrə sənədlər, reklam və reklam materialları, həmçinin bütün növ müqavilələr və sığorta şəhadətnamələri ərəb dilində tərtib edilməlidir. Bu barədə “Əl-Arabiya”ya istinadən “Ənsar” İA xəbər verir.
Krallığın Ticarət və sənaye nazirinin qərarına müvafiq olaraq bundan sonra ingilis dili işgüzar ünsiyyətin ikinci dilinə çevriləcəkdir.
Bu qərara riayət etməyən Tərəflər 100 000 səudiyyə rialı (26 600 USD) məbləğində cərimə ödəməli olacaq, bu pozma təkrar edildiyi və ya aradan qaldırılmadığı halda isə cərimənin məbləği ikiqat artırılacaq, və ya qərarı pozanın biznes fəaliyyəti birillik dayandırılacaqdır.
“Nazirlik bütün ticarət müəssisələrini, bazar və mağazaları bu qərarın dərhal icrasına başlamağa, və malların və məhsulların üzərindəki qiymət cədvəlləri daxil olmaqla, bütün ticarət sənədlərində, hesablarda və işgüzar kontrakt və müqavilələrdə ərəb dilini əsas dil kimi təyin etməyə çağırır.
Hazırkı qayda kommersiya fəaliyyətinin nizamlanması haqqında qanunlara əsasən müəyyən edilmişdir, hansılar ki, təklif edilən məhsullar və xidmətlər haqqında tam informasiyanın alıcılar və istehlakçılara ana dilində təqdim edilməsini tələb edir”, – deyə nazirliyin bəyanatında bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!” (Müqəddəs Quran, “Rum” surəsi, 22-ci ayə)
“Kainatda gizli qalan saysız-hesabsız nemətlər Rəbbin mərhəmətinə və alicənablığına dəlalət edir. Onun bəzi məxluqlarına üstün xüsusiyyətlər əta etməsi isə Onun iradə sahibi və istədiyini seçmək haqqına malik olmasına şəhadət verir. O (Pak və Müqəddəs Olan), təkbaşına bütün varlığı xəlq etmişdir və bu o deməkdir ki, yalnız O (Pak və Müqəddəs Olan), məxluqlarının ibadətinə layiqdir. Bütün bunlar – məntiqi dəlil və sübutlardır ki, Uca Allah insanların onların üzərində düşünmələrindən və özləri üçün faydalı nəticələr çıxarmalarından ötrü xatırlatmışdır.
Bu dəlillərdən biri də insanların dillərinin və dərilərinin rənglərinin müxtəlifliyidir. İnsan nəsli çox böyükdür, amma bütün insanlar bir adamın nəsilləridir və oxşar səs aparatına malikdirlər. Buna baxmayaraq, səsləri və dərilərinin rəngi tam eyni olan iki insanı tapmaq mümkün deyildir. Səsləri və dərilərinin rəng çalarları nə qədər oxşar olsa da, onların arasında həmişə bəzi fərqlər aşkar etmək olar.
Həqiqətən də, bunda Allahın kamil qüdrəti və yenilməz iradəsinə şəhadət verən dəlillər vardır. Bununla yanaşı onlar Onun mərhəmətinə və Öz məxluqları haqqında qayğı göstərməsinə dəlalət edir. Rəbb bu müxtəlifliyi ona görə yaratmışdır ki, insanlar bir-birilərindən seçilsinlər və qarışıqlıq düşməsin. Əks halda, bəşəriyyət ən böyük nemətlərdən və imkanlardan məhrum olardı.” (Bax “Təfsir Əs-Saadi”).