Artur Rasizadə: Bakı-Tbilisi-Qars layihəsinin açılışı olacaq
736 dəfə baxılıb
“Azərbaycan ərazisindən keçən layihələr beynəlxalq xarakter daşıyan və əhalinin rifah halını yüksəldən vacib layihələrdir”.
“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir buna misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan layihələrini göstərib.
“İndi isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihənin bu il açılışı olacaq. Sadalanan layihələr strateji əhəmiyyət daşıyır, Gürcüstan və Azərbaycanda yaşayan əhalinin rifahının yaxşılaşmağına xidmət edir. Bu layihələr praktiki olaraq beynəlxalq xarakter daşıyır”, – deyə baş nazir bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)