Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

AzAL MDB-də “Boeinq 787”-ni idarə edən ilk aviaşirkət olacaq – FOTO

Dekabr 24
10:44 2014

MDB-də ilk olaraq Azərbaycana “Boeing 787 Dreamliner” təyyarəsi gətirilib.

“Boeing” şirkəti və “Azərbaycan Hava Yolları” QSC (AzAL) bu gün ilk “787 Dreamliner”in Azərbaycana təhvil verildiyini elan edib.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, AzAL bununla MDB-də “787”-ni idarə edən ilk aviaşirkət olacaq.

Qeyd edək ki, bu təyyarə Bakıdan uzun məsafəli uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulur. “Boeing 787” texnoloji cəhətdən inkişaf etmiş, sərnişin məmnunluğuna xidmət edən yüksək keyfiyyətli təyyarələr sinfinə daxildir. Təyyarə, həmçinin, 20% az yanacaq sərf etməyə malikdir.

““Azərbaycan Hava Yolları” QSC-yə regional və beynəlxalq səviyyədə öz rəqabətliliyini artırmağa imkan verəcək bu təyyarələri aldığımız üçün məmnunluq duyuruq”, – deyə QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.

“Boeing” şirkətinin Orta Şərq, Rusiya və Mərkəzi Asiya üzrə nümayəndəsi Marti Bentrott isə deyib ki, şirkət uçuşların genişləndirilməsinə və biznesinin inkişafına kömək etmək üçün Azərbaycanın məhz “787 Dreamliner” təyyarələrini seçməsindən məmnundur: “Biz “Azərbaycan Hava Yolları” ilə əməkdaşlığa görə qürur duyur, regionda bu təyyarələrə sahib olan ilk dövlət olduğu üçün Azərbaycanı təbrik edirik. Əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümid bəsləyirik”.

Qeyd edək ki, hazırda AzAL-ın təyyarə parkında “Boeing 757-200”, “Boeing 767-300”, “Airbus 319”, “Airbus A320”, “Airbus A340-500”, “Embraer ERJ” təyyarləri yer alır.

📷

sx-news-1250b
📷
sx-news-1250a

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN