Azərbaycan 17 milyard dollarlıq neft emalı kompleksi tikməyi planlaşdırır
744 dəfə baxılıb
Gülməmməd Cavadov: Bakıdan 60 km məsafədə 4 müəssisədən ibarət yeni kompleksin tikilişi nəzərdə tutulur.
Azərbaycanda yeni neft emalı kompleksinin tikilməsi planlaşdırılır.
“Sələf Xəbər” Sputnik.az-a istinadən məlumat verir ki, bunu Neft Sənayesi Ümumdünya Assosiasiyası tərəfindən Bakıda təşkil olunan “MDB ölkələrində neft emalı və neft kimyası həftəsi” 19-cu illik konfransında İqtisadiyyat və sənaye nazirinin müavini Gülməmməd Cavadov deyib.
Gülməmməd Cavadovun sözlərinə görə, Bakıdan 60 km məsafədə 4 müəssisədən ibarət yeni kompleksin tikilişi nəzərdə tutulur. Bu kompleksə neft emalı zavodu, neft kimya zavodu, qaz emalı zavodu və enerji bloku daxil olacaq. Layihənin reallaşdırılmasına 17 milyard dollar investisiya tələb olunur. Yəni layihənin dəyəri 17 milyarddır. Artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Bu yeni kompleksin tikilişi ölkədə daha keyfiyyətli neft məhsullarının istehsalına imkan yaradacaq və beləliklə, Azərbaycanın dünya bazarına çıxışını təmin edəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (Qurani-Kərim, “ Talaq” surəsi, 2,3-cü ayə)
“Allah təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır”. (Bax: “Təfsir Əs-Saadi”)