Azərbaycan BƏƏ-nin azad iqtisadi zona təcrübəsini öyrənir
915 dəfə baxılıb
Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib.
Prezidentin bu səfəri hansı məqsədlər daşıyır?
“Səfərin əsas məqsədi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avropa iqtisadi ticarət zonası yaratmaqdakı təcrübəsini öyrənməkdir”.
“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, bunu açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri həm neft istehsalçısı, həm də OPEK-in üzvü olduğu üçün daha çox bu istiqamətdə danışıqlar aparılacaq:
“Dubay BƏƏ-nin tərkibinə daxil olan iqtisadi zonalardan biridir. Azərbaycan Prezidenti Dubay variantının tam da olmasa, qismən Azərbaycanda yaradılmasına çalışır. Bu məqsədlə Dubay təcrübəsini öyrənmək, həm də müqavilələr yolu ilə Dubay iş adamlarının Azərbaycana gəlişinə nail olmağa çalışır”.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Uca Allah xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)