Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan bu məhsulları İrandan idxal etməyi qadağan etdi

İyun 23
15:20 2015

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq nəzarəti Xidmətindən daxil olan məlumata görə, İran İslam Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən Sərəncam imzalanıb.

Bu sərəncamla Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən İran İslam Respublikasının Mazandaran (Noqardan, Amol əraziləri) əyalətində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılması və Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması zərurəti nəzərə alınaraq 2015-ci il iyun ayının 22-si tarixindən İran İslam Respublikasının Mazandaran bölgəsindən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalı müvəqqəti dayandırılıb.

İranda quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib, aidiyyəti dövlət qurumlarına və iş adamlarına bu barədə məlumat verilib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. (Bu hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə və Əhməd öz kitablarında vermişlər.)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 770 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN