Azərbaycan dünyanın 141 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib
794 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentləri dünyanın 141 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçiriblər.
107 ölkəyə əmtəə ixrac olunub, 128 ölkədən idxal edilib. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 31-i Amerika, 42-si Asiya ölkələridir.
Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 24,4 milyard dollar, idxalın həcmi 6,6 milyard dollar təşkil edib, nəticədə 17,8 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,2 milyard dollar olub.
“Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar.”Qurani Kərim, “Bəqərə” surəsi, 245-ci ayə