Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan ən yeni pilotsuz hava gəmisi alır

Dekabr 07
17:12 2016

Hava gəmisinin dəyəri süni peykdən 5-10 dəfə ucuzdur.

Azərbaycan yeni nəsil kosmik aparat – pilotsuz hava gəmisinə maraq göstərir.

Bu texnologiya dünyada ilk hesab edilən, həm peyk, həm də pilotsuz aparat funksiyasını icra edən “Stratobus” uçan aparatıdır.

Selefxeber.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, dünyada analoqu olmayan bu texnologiya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də müsbət qarşılanıb.

Qeyd edək ki, Fransanın “Thales Alenia Space” şirkətinin təqdim etdiyi bu hava gəmisi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

“Stratobus”la dövlət sərhədi və su hövzəsinin müşahidəsini həyata keçirmək, habelə teleradio yayımı, mobil rabitə və naviqasiya sisteminin sərhədlərini genişləndirmək mümkündür.

Xarici görünüşünə görə hava gəmisini xatırladan “Stratobus” təlimat verilən hündürlüyə yüksələ və iki elektrik mühərriki sayəsində müəyyən vəziyyət ala bilir. Uçan aparatın təxminən 20 km hündürlükdə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bu hava gəmisi ətraf mühit hadisələri, yanğınlar, su daşqınları, dənizdə fəlakətlərə nəzarət edə bilir, eyni zamanda dənizdə naviqasiya məsələsini də həll edə bilir. Yerə məsafə baxımından yaxın olduğu üçün ötürmə qabiliyyəti genişzolaqlıdır və bu, aparata peyk funksiyasını da müəkəmməl şəkildə icra etməyə imkan verir.

Hazırda bu texnologiyanı dünyada ancaq Sinqapur əldə edib. Hava gəmisinin iki hissədən olması onun dəyərini süni peykdən 5-10 dəfə ucuz edir. Belə ki, “Stratobus” hava və Yer hissəsindən ibarətdir. Aparat bir neçə infrastruktura xidmət göstərə bilər.

Bu kosmik aparatların ömrü 5 ildir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 507 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN