Azərbaycan illik gəlirin artımı üzrə dünya liderlərindəndir
1. 285 dəfə baxılıb
“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Azərbaycan 2014-cü ildə sərəncamında olan illik gəlirin artımı üzrə lider ölkələr sırasına daxildir. Bu barədə “Euromonitor International” şirkətinin araşdırmasında deyilir.
Proqnozlara əsasən, bu il sərəncamda olan real illik gəlir 11,5 faiz, ev təsərrüfatlarının gəliri isə 10 faiz səviyyəsində proqnozlaşdırılır. Araşdırmada qeyd edilir ki, neft sənayesində istehsal həcminin azalmasına rəğmən, qeyri-neft sektoru, Azərbaycanın gəlirlərinin artımını təmin edərək ölkədə əsas artım mənbəyi və məşğulluğun generatoru oldu.
Araşdırma müəllifləri bildirir ki, təhsil, Azərbaycanda xərclərin əsas əlavəsi olacaq (real ifadədə ildə 18 faiz). Azərbaycandan başqa, 2014-cü ildə sərəncamında olan illik gəlirin artımı üzrə lider ölkələr sırasına Türkmənistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Çin daxil olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).