Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan iqtisadiyyatının “Strateji yol xəritəsi” hazırlanır

Mart 11
19:21 2016

Orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə “Strateji yol xəritəsi”nin hazırlanması işlərinə start verilib.

“Sələf Xəbər” “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi” mövzusunda keçirilən konfransda bildirib.

N. Əmirovun sözlərinə görə, burada iqtisadiyyatın aparıcı sektorları, habelə zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir: “Dövlət başçısının rəhbərliyi ilə müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanacaq “Strateji yol xəritəsi”nin icrası nəticəsində biz sahibkarlarla birlikdə iqtisadi islahatlar və inkişafın mahiyyət etibarı ilə yeni bir modelini – Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq. Azərbaycanı investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevirmək niyyətindəyik”.

Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi, (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)

“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar. Onlar gecələr istirahət edir, dan söküləndə isə Uca Rəbbin nemətlərini axtarmağa gedirlər.
Allah-Təala insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. İnsan o dərəcədə zalımdır ki, Allaha itaətsizlik göstərməyə cəsarət edir və Onun qarşısında öz vəzifələrinə başdansovma yanaşır. O, Allahın nazil etdiyi nemətlərinə görə şükür etməkdən boyun qaçırır və ona göstərilən mərhəmətini boynuna almır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bu və əvvəlki ayələrdə Uca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, onların haqqına bütövlükdə və ya ayrı-ayrılıqda bildirərək, insanları öz Xeyirxahına minnətdarlıq bildirməyə və Onu xatırlamağa çağırır. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 672 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN