Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan İraqda neft yatağının işlənməsini həyata keçirəcək

İyun 03
15:40 2015

Tərəflər bununla bağlı birgə qrup yaradıb.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə Energetika naziri Natiq Əliyev bildirib.

“İraq Azərbaycana böyük maraq göstərir. Buna görə də, İraqın Neft naziri Adil Abdulmahdi ilə mən Anlaşma Memorandumu imzaladıq və əməkdaşlığımızın əsasını qoyduq. Memoranduma əsasən, Azərbaycanın Energetika nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) və İraq Milli Neft Şirkəti birgə qrup yaradır. Biz nəzərdə tutmuşuq ki, İraqda bir neft yatağın işlənməsini həyata keçirək. Bundan başqa, İraq tərəfinə Azərbaycandakı layihələrdə iştirak etmək üçün təklif etdik. Bu istiqamətdə danışıqlar davam edəcək”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, iyunun 2-də Bakıda Azərbaycanın Energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev və İraqın Neft naziri Adil Abdulmahdi arasında görüş keçirilib.

Görüş çərçivəsində nazirlər arasında İraqda neft-qaz layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 685 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN