Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan istehsalı ANTİVİRUS

İyul 29
14:10 2015

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün “Malware Report” viruslarından mühafizə sisteminin baza versiyasını hazırlayıb.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə CERT-dən bildirilib.

Sistemin birinci versiyası yaxın bir həftə ərzində istifadəyə veriləcək. “Malware Report”-u cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.

Məlumatda bildirilir ki, məhsulun birinci versiyası orta səviyyəli istifadəçilər üçün nəzərdə tutulub. Proqram istifadəçilərə müstəqil şəkildə zərərli və şübhəli faylları analiz etməyə imkan yaradacaq. Növbəti versiyada zərərli və şübhəli faylların bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərilmə özəlliyi də yer alacaq. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 642 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN