Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan maşın ixrac edəcək

Dekabr 06
20:44 2014

Gəncədə Minsk Avtomobil Zavodu ilə birgə istehsal olunan avtomobillər Türkmənistana satılacaq.

“Sələf Xəbər” Cumhuriyyet.az-a istinadən bildirir ki, gələn aydan etibarən Gəncə Avtomobil Zavodunda istehsal olunan kənd təsərrüfatı texnikası – traktor Qazaxıstana göndəriləcək.

Fevralda isə Gəncədə Minsk Avtomobil Zavodu ilə birgə istehsal olunan avtomobillər Türkmənistana ixrac olunacaq. Zavodun müşahidə şurasının sədri Xanlar Fətiyev dekabr ayında cəmi 12 maşın istehsal edib göndərdiklərini deyir.

Fevral ayında isə gözlənilir ki, 50-55 maşın da Türkmənistana ixrac olunsun .Gəncə Avtomobil Zavodu 2004-cu ildə fəaliyyətini bərpa edib.

Ötən il ərzində müxtəlif ölkələrin şirkətləri ilə bağlanan müqavilələr çərçivəsində Gəncədə minik avtomobilləri ilə yanaşı, müxtəlif modifikasiyalı kənd təsərrüfatı texnikası da istehsal olunub.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.

Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür.”

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN