Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan neftçilərinə tam təmirli mənzillər verildi

Oktyabr 13
21:10 2014

“Sələf Xəbər” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu günlərdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Bünyadzadə və 28 May küçələrində neftçilər üçün inşa edilmiş 5 ədəd 9 mərtəbəli yeni yaşayış binasının istifadəyə verilib.

Binaların tikintisinə 2013-cü ilin yanvarından başlanılmışdır. Bünyadzadə küçəsi 7 ünvanında istifadəyə verilən yeni bina 2 blokdan ibarətdir. 28 May küçəsində isə 4 ədəd 9 mərtəbəli yaşayış binası yerləşir. Binalar su, elektrik xətti və təbii qazla təchiz olunub. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.

Mənzillərin orderlərini təqdimetmə mərasimində iştirak edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, şirkət bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə qurumdur. Bu məqsədlə 2010-cu ildə yaradılan “Neftçi” mənzil-tikinti kooperativinin mənzil uçotunda bu gün ARDNŞ üzrə 4407 nəfər işçi var. Onların 3966 nəfəri Bakıda, 441 nəfəri isə respublikamızın müxtəlif rayonlarında yaşayır.

ARDNŞ-nin prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Belə ki, hazırda binaların tikinti işləri sürətlə davam etdirilir. Sahil qəsəbəsində inşa edilən yaşayış binasının tikintisi artıq başa çatmaq üzrədir. Bundan başqa, Bakının Bibiheybət və Qaraçuxur qəsəbələrində, eləcə də Məhəmməd Hadi küçəsində binaların inşasına başlanılacağı nəzərdə tutulur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 647 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN