Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanı bazarına İT-xidməti ixrac edəcək

May 20
16:12 2015

Azərbaycanın “CarDoctor” İT-şirkətinin nəqliyyat vasitələrinin onlayn diaqnostika xidməti Səudiyyə Ərəbistanı bazarına ixrac ediləcək.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə “CarDoctor” layihəsinin rəhbəri Azər Əliyev deyib.

Onun sözlərinə görə, verilmiş xidmətin bu ölkəyə ixracı ilə bağlı ilkin razılıq ötən həftə Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda əldə edilib.

Səudiyyə Ərəbistanının “ISE” şirkətinin rəhbərliyi idman avtomobillərinin diaqnostikası və vaxtında təmiri üçün “CarDoctor” xidmətindən istifadə edilməsində maraqlı olduqlarını bildirib.

Yaxın zamanda Səudiyyə Ərəbistanında iki şirkət arasında əməkdaşlığın detallarına baxılacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13-cü ayə)

“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 465 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN