Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək
May 08
14:30
2015
772 dəfə baxılıb
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək.
15 may 2015-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfiq Favzan Al Rabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumunun keçirilməsi nəzərdə tutulur.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)