Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan Türkiyə mallarının tranzitini təmin edəcək

Noyabr 30
20:17 2015

“Sərhədyanı postlarda Türkiyə yük avtomobillərinin Azərbaycana maneəsiz girişi üçün şərait yaradılacaq”.

Azərbaycan Türkiyədən Mərkəzi Asiya ölkələrinə malların tranzitini təmin etməyə hazırdır.

“Sələf Xəbər” XəzərXəbər-ə istinadən bildirir ki, bunu TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat sahəsində əməkdaşlıq proqramının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

Ötən həftə Rusiya Türkiyədən yük avtomobillərinin öz ərazisinə girişini qadağan edib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Türkiyə tərəfi bu yük axınının Azərbaycan ərazisi ilə getməsini təklif etdi və bu təşəbbüs ölkə tərəfindən tam dəstəklənir: “Sərhədyanı postlarda Türkiyə yük avtomobillərinin Azərbaycana maneəsiz girişi üçün şərait yaradılacaq”.

A.Mustafayev qeyd edib ki, Azərbaycan rəhbərliyinin yük axınının cəlb edilməsi ilə bağlı strateji qərarı hələ Rusiya-Türkiyə münaqişəsi başlamazdan öncə qəbul edilib.

O bildirib ki, qida məhsulları, kənd təsərrüfatı məhsulları və digər malların daşınması ilə məşğul olan Türkiyəyə məxsus 200 min yük avtomobilindən cəmi 30 mini Azərbaycan ərazisindən keçirdi: “Qalan 170 mini Gürcüstan-Rusiya sərhədi ilə Rusiyaya və Mərkəzi Asiya ölkələrinə gedirdi. Əgər onlar Azərbaycana istiqamətləndirilsə, öz ərazimizdən belə həcmdə yükü buraxmaq imkanımız var. Üstəlik, Xəzərdə bu qədər həcmin öhdəsindən gəlmək üçün kifayət qədər bərə var”.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir”. (Qurani-Kərim, “Həcc” surəsi, 38-ci ayə)

“Bu ayə iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Allah onları hər pislikdən və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində, kafirlərin törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda, Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 646 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN