Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan Türkiyəni xilas etdi

Fevral 06
17:12 2016

UND rəsmisi Azərbaycanın Türkiyə TIR-larına yaratdığı şəraitdən danışıb.

“TIR-larımızın hərəkəti üçün Rusiyanın yaratdığı problemdən sonra Azərbaycanın qısa zamanda gördüyü tədbirlər sayəsində alternativ dəhliz açıldı. Sürücülər Azərbaycandan keçməklə Orta Asiyaya gedə bilirlər”.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, bu sözləri Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) idarə heyətinin rəhbəri Çetin Nuhoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu jesti sayəsində Türkiyə Rusiyaya möhtac qalmayıb.

Nuhoğlu əlavə edib ki, Türkiyədən Orta Asiyaya yük daşımaq üçün Rusiyadan kənar alternativ yol yalnız Xəzər Dənizi üzərindədir.

Bu səbəbdən Azərbaycan və Xəzər dənizi üzərindən dəhlizlə yüklərin daşınmasına start verildi. Orta Asiyaya gedən yüklər Bakı limanından Azərbaycana və Türkmənistana aid “Ro-Ro” tipli gəmi-bərələrlə dənizin o biri tərəfinə daşınır. ““Ro-Ro” ilə səfərlər tam gücü ilə həyata keçirildikdən sonra Orta Asiyaya daha qısa və ucuz yolla çıxa biləcəyik. Azərbaycan üzərindən keçən dəhliz Rusiyadan keçən dəhlizə nisbətən daha qısadır”.

Nuhoğlu bildirib ki, Rusiya qırıcı qalmaqalından sonra bütün sərhəd boyu türk TIR-larının keçidinə maneələr törədib.
“Bu ildən etibarən Rusiya Türkiyə vətəndaşlarına viza rejimini bərpa edib. Amma Türkiyənin TIR sürücülərinin viza almaq barədə müraciətlərinə rədd cavabı verilir. Nəticədə Rusiya ərazisindən ildə 10 min tranzit keçid həyata keçirən Türkiyə yükdaşıma şirkətləri çətinliklə üzləşir”.

Suriya sərhədində Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib, TIR-larının ölkə ərazisindən keçməsinə qadağa qoyub.

Bundan sonra Azərbaycan Türkiyəyə məxsus TIR-ların Xəzər Dənizi üzərindən Orta Asiyaya keçidini asanlaşdırdı. Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana getmək istəyən Türkiyə dövlət nişanlı yük maşınları bundan sonra Xəzər dənizi dəhlizini istifadə edir.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 647 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN