Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan, Türkmənistan və Türkiyə Aİ ilə bəyannamə imzalayıb

May 02
09:24 2015

Azərbaycan, Türkmənistan və Türkiyə Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlığın inkişafı haqqında bəyannamə imzalayıblar.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatuna görə, sənəd bu gün Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə imzalanıb.

Azərbaycanı danışıqlarda Energetika naziri Natiq Əliyev təmsil edib.

Sənəddə deyilir ki, tərəflər istehsalçılar, tranzitçilər və enerji istehlakçılarının maraqlarını eyni dərəcədə nəzərə alan etibarlı, sabit və uzunmüddətli beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün zəruri əlverişli şəraitin yaradılmasının tərəfdarıdırlar.

Tərəflər, həmçinin Türkmənistandan Avropaya təbii qaz tədarükünün təmin edilməsində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini qeyd ediblər.

Gələcək danışıqlar üçün Azərbaycan, Türkmənistan, Türkiyə və Avropa İttifaqının enerji sahəsinə cavabdeh olan struktur rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupunun yaradılması gözlənilir.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 670 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN