Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan və Özbəkistan arasında ikitərəfli əlaqələr genişləndirilir

Fevral 28
21:08 2015

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın Baş nazirinin müavini Uluqbek Roziqulovla görüşüb.

Görüşdə ölkələrimizi möhkəm tarixi, mədəni əlaqələrin bağladığı, bugünki münasibətlərin də məhz bu baza əsasında formalaşdığı və inkişaf etdiyi qeyd olunub.

Ş. Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında bir sıra iqtisadi sahələrdə, eləcə də, nəqliyyat, tranzit daşımaları və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, Özbəkistan yüklərinin Azərbaycandan keçməklə dünya bazarına çıxarılması, ticarət əlaqələrinin genişləndirilməsi, Özbəkistanda istehsal edilən müxtəlif avtomobillərin Azərbaycana ixracı və s. məsələlər barədə geniş müzakirələr aparılıb.

Səfər zamanı nazir Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın Xarici İqtisadi əlaqələr, İnvestisiyalar və Ticarət naziri Elyor Qəniyev və İqtisadiyyat naziri Qalina Saidova ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, Özbəkistanda istehsal edilən kənd təsərrüfatı texnikasının və müxtəlif məhsulların ölkəmizə ixracı, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracı və s. məsələlər müzakirə edilib. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, işgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistanın bir sıra istehsal müəssisələrində olub.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN