Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycana belə lokomotivlər gətiriləcək

May 16
18:29 2016

İlk müasir lokomotivlər gələn il Azərbaycana tədarük ediləcək.

Fransanın “Alstom” şirkətinin hazırladığı elektrovozların Azərbaycana ilk tədarükü 2017-ci ildə başlayacaq.

Bunu Trend-ə şirkətin kommunikasiyalar üzrə meneceri Zaure Rəhmətova deyib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə layihəyə əsasən, “Alstom” Azərbaycana 50 elektrovoz tədarük edəcək.

Z.Rəhmətova qeyd edib ki, 50 lokomotivdən 40-ı yük, 10-u sərnişin lokomotivi olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC üçün 50 lokomotivin tədarükü üzrə müqavilə 2014-cü ildə, yekun saziş isə ötən ilin mayında imzalanıb.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3020. 636 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN