Azərbaycana ən çox pul yatıran ölkələr
775 dəfə baxılıb
DSK məlumat yaydı.
2015-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 milyard 874,5 milyon manat vəsait yönəldilib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 337 milyon manatı (86,1%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 2015-ci ilin 7 ayında Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat, Türkiyə, təxminən 549 milyon manat, Norveç 408 milyon manat sərmayə yatırıb.
Xatırladaq ki, anoloji dövrdə Rusiya və İran Azərbaycana, təxminən eyni həcmdə 262 milyon manat sərmayə qoyub.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)