Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycanda anti-terror sanksiya siyahısı yenilənib

Aprel 09
17:11 2015

Azərbaycan Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstəyə görə sanksiya tətbiq olunan hüquqi və fiziki şəxslər siyahısından Bəhreyn vətəndaşı Abdul Rəhman Məhəmməd Cəfər Əlinin adını siyahıdan silib.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Maliyyə Monitorinqi Xidmətindən verilən məlumata görə, qurum Ümumi Siyahını BMT-nin Təhlükəsizlik Şurasının “Taliban” Sanksiya Komitəsinin 27 mart 2015-ci il və “Əl-Qaidə” Sanksiya Komitəsinin 31 mart 2015-ci il tarixlərində qəbul edilmiş qərarlarına uyğun olaraq yeniləyib.

Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Sələf Xəbər: Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz”, 7/120)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 670 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN