Azərbaycanda “Avro-5” dizel və benzin istehsal ediləcək
İyun 02
16:47
2017
1. 275 dəfə baxılıb
Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək.
Selefxeber.az “Xezerxeber.az”a istinadla məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür.
Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.
Natiq Əliyev bildirib ki, 2020-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək.
Bununla yanaşı, dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.