Azərbaycanda İslam bankçılığı ilə bağlı təkliflər hazırlanır
1. 010 dəfə baxılıb
“Sələf Xəbər” “APA-Economics”-ə istinadən xəbər verir ki Azərbaycanda İslam bankçılığı ilə bağlı təkliflər hazırlanır, bunu Beynəlxalq Bankın (ABB) İslam bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə jurnalistlərə bildirib.
“Nazirlər Kabinetinin sərəncamına və göstərişinə əsasən, altı nazirlik və Mərkəzi Bank bununla bağlı təkliflər verilməlidir. Bu sahədə müvafiq qanunvericilik paketi hazırlanmalıdır. Daxili və beynəlxalq məsləhətçilərlə, İslam İnkişaf Bankının nümayəndələri ilə birgə həmin qanunvericilik paketini hazırlayırıq. İnanıram ki, gələn ilin birinci rübündə qanunvericilik paketi Mərkəzi Banka təqdim olunacaq. Mərkəzi Bankın məsləhəti ilə bir sənəd hazırlanacaq. Bu variant da gələn il Nazirlər Kabinetinə təqdim olunacaq”, – deyə B. Qurbanzadə bildirib.
Departament rəhbəri xatırladıb ki, prezident İlham Əliyevin Bank Məcəlləsinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sözügedən məcəllədə İslam bankçılığına dair məsələlər də öz əksini tapacaq.
B. Qurbanzade bildirib ki, sözügedən təkliflər paketi gələcəkdə ABB və digər yerli bankların İslam bankçılığı ilə məşğul olmasına hesablanıb.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin, islam bankinqi və islam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.