Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycanda məktəblilər üçün kompyuter istehsalı reallaşacaq

Mart 02
17:25 2015

Azərbaycanda ilin sonunadək məktəblilər üçün portativ kompyuterlərin (Classmate PC) istehsalı gözlənilir.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu ölkənin İT bazarındakı mənbə deyib.

Kompyuterlərin istehsalı “İntel” şirkəti ilə birgə lokal istehsalçılar tərəfindən həyata keçiriləcək.

“İntel” korporasiyasının vitse-prezidenti Con Devis daha əvvəl bildirmişdi ki, mövcud praktika hazırda 7 ölkədə reallaşdırılır: “Həmin ölkələrdə ümumi auditoriyası uşaqlar olan kompyuterlərin istehsalı üzrə zavodlar fəaliyyət göstərir. Belə istehsal müəssisələri hazırda Argentina, Portuqaliya və Afrikanın bir sıra ölkələrində var. Belə zavodun Bakıda da fəaliyyət göstərəcəyi istisna edilmir”.

2014-cü ilin sonunda Azərbaycanda “Məktəb kompyuteri” layihəsinə start verilib. Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə reallaşdırılır. Layihənin məqsədi “rəqəmsal bərabərsizliy”in ləğv edilməsi və məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün tədris prosesində informasiya texnologiyalarından geniş istifadəyə yardım etməkdir.

“Məktəb layihəsi” “Xalq kompyuteri” layihəsinin davamıdır. Fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, portativ kompyuterlər ölkənin təhsil müəssisələrində geniş şagird qrupu üçün getdikcə əlçatan olur.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN