Azərbaycanda “Sənaye məhəllələri” yaradılacaq
841 dəfə baxılıb
“Sələf Xəbər” president.az saytına istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalayıb.
Sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir; Fərmanda bildirilir ki, sənaye məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan prezidenti qəbul edir.
Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.