Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycandan Türkiyəyə 20 milyard dollarlıq investisiya

Noyabr 22
16:45 2014

“Sələf Xəbər” mediatv.az-a istinadən məlumat verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov deyib:

“Növbəti 8 il ərzində Azərbaycan Türkiyəyə təxminən 20 milyard dollarlıq investisiya yatıracaq”. ANS PRESS-in məlumatına görə, bu barədə sözləri Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov deyib.

O bildirib ki, iqtisadi sahədə Türkiyə Azərbaycan üçün çox əhəmiyyətlidir: “Türkiyə ilə Azərbaycan arasınada hələlik 3,3 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Ticari əlaqələrin qarşılıqlı olaraq 15 milyard dollara çatdırılması lazımdır”.

F. Bağırov qeyd edib ki, Azərbaycanın Türkiyədə qoyacağı investisiyaların böyük qismi İzmir bölgəsində olacaq. İki ölkə arasında enerji sektorundakı sərmayələrin lokomotiv olduğunu bildirən səfir sözlərini belə davam etdirib: “Bu investisiyaları qeyri-neft sektoru ilə daha da artırmalıyıq. Kənd təsərrüfatı, kimya, emal, turizm, alternativ enerji, nəqliyyat, logistika, informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əlqələr hər iki ölkənin iqtisadiyyatını təkmilləşdirəcək”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN