Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycanın 7 rayonunda günəş elektrik stansiyası tikiləcək

Sentyabr 24
16:09 2014

“Sələf Xəbər” “APA-Economics”-ə istinadən xəbər verir ki, Azərbaycanın Yeni Yaşma adlanan ərazisində yeni külək stansiyası istifadəyə veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, stansiyasının tikintisi başa çatıb: “Yaxın günlərdə 50 MVt gücündə olan külək stansiyasının açılışı ediləcək. Növbəti mərhələdə sözügedən stansiya “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulacaq”, – deyə o bildirib.

Hazırda isə stansiyada müvafiq Dövlət Komissiyası yoxlama aparır.

A. Bədəlov bundan öncə Bakının Suraxanı rayonunda günəş elektrik stansiyasının açıldığını xatırladıb.

Agentlik rəhbəri bildirib ki, Bakının Qaradağ, Pirallahı rayonlarında və Samux rayonunda eyni tipli stansiyaların tikintisi başa çatıb və onların şəbəkəyə qoşulması prosesləri aparılır.

“Bunlardan əlavə, gələn ilin əvvəlinə artıq ölkənin 7 rayonunda günəş elektrik stansiyaları üzrə layihələrin təməli qoyulacaq”, – deyə o əlavə edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 12-ci ayə).

“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 625 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN