Babək rayonunda avtomobil yolu yenidən qurulacaq
Avqust 28
17:27
2014
977 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) avqustun 27-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Babək rayonunda 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad–Babək qəsəbə–Nehrəm–Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb.