Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu bu il regional şəbəkəyə qoşulacaq

Aprel 17
17:11 2017

“Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin sonuna kimi tamamlanıb, regional dəmir yolu şəbəkəsinə qoşulacaq. Bununla da yüklərimiz Çindən Londona qədər bir məsafədə yayılacaq”.

Selefxeber.az-ın məlumatına görə, bunu “Report“a Bakıda keçirilən İƏT üzvü dövlətlərinin dəmiryolu qurumları rəhbərlərinin XIII iclası və İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmiryolu Komitəsinin VII iclasında çıxış edən Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndəsi Mehmet Uras deyib.

M.Urasın sözlərinə görə, mövcud regionda dəmiryolu sistemi 1,5 mlrd. insana xidmət edəcək: “Türkiyə dövləti bu günə qədər dəmiryolu sisteminin təkmilləşdirilməsi və genişləndirilmısi üçün 60 mlrd. lirədən çox investisiya yatırıb. Bununla yanaşı, beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmaq üçün müəyyən addımlar atmışıq. Nəzərə almaq lazımdır ki, bu şəbəkənin ticarət imkanları 31 trln. ABŞ dolları civarındadır və regionda 1,5 mlrd. insan yaşayır. Bu baxımdan regional dəmiryolu sisteminin əhəmiyyəti böyükdür. Biz düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin illik yük dövriyyəsi 7 mln. tondan artıq olacaq”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 654 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN