Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşür

Oktyabr 30
16:54 2017

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür.

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi olacaq.

Bakıda keçiriləcək mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və digər dövlət rəsmiləri iştirak edəcəklər.

İlk qatar Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salınacaq.

Qeyd edək ki, 2007-ci ilin 21 noyabr tarixində Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

Selefxeber.az bildirir ki, “Report”un xəbərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 10 mlrd. dollar yatırılıb

İlkin olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 mln. sərnişin və 4 mln. ton yük daşınması nəzərdə tutulub. Bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

G.Kvirikaşvilinin sözlərinə görə, bu rəqəm gələcəkdə bir neçə dəfə artırılacaq: “Növbəti illərdə isə sərnişinlərin sayı 6 mln. nəfərə, yüklərin həcmi isə 20 mln. ton olacaq”.

Tədbirdə çıxış edən Qazaxıstanın baş naziri Bakitjan Sagintayev isə deyib ki, BTQ Asiyadan Avropaya daşımaların müddətini daha da qısaldacaq: “BTQ-nin ərsəyə gəlməsi üçün 10 mlrd. dollardan çox investisiya yatırılıb. Bu layihə Asiya ilə Avropa arasında daşımaçılıq üçün məsafələri daha da qısaldacaq”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 680 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN