Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakıda bütün avtobuslar yenilənəcək

Dekabr 26
17:26 2014

Gələn ildən Bakıda köhnə sərnişin avtobusu qalmayacaq.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun verdiyi məlumata görə, gələn ildən paytaxt mərkəzində, eləcə də, kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da yenilənəcək.

“Hazırda paytaxtda 2000-ə yaxın sərnişin avtobusu xidmət göstərir. Onların 70 faizi yenidir. Çoxu da, “Daewoo” markalı avtobuslardır. Bu ilin sonunda Bakıya 50 ədəd Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar gətirildi və istifadəyə verilib. Gələn il də qalan 30 faiz köhnə avtobuslar yenilənəcək. Əsasən kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da tamam yenilənəcək”, – deyə Əmrah Cəfərov bildirib.

Qeyd edək ki, yeni avtobusların gətirilməsindən sonra gedişhaqqı artımı məsələsi barədə söz-söhbətlər yayıldı. Əmrah Cəfərov deyir ki, hələlik gedişhaqqı artımı gündəmdə deyil. Baxmayaraq ki, gediş haqlarının artırılması ilə bağlı Taarif Şurasına müraciət olunmuşdu, müraciətə müsbət cavab verilməyib. Bu səbəbdən də, hələlik gediş haqqı artırılmır.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.”

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN