Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakıda ikinci neft-qaz emalı və neft-kimya kompleksi forumu keçiriləcək

Sentyabr 08
16:33 2014

“İteca Caspian” şirkətindən AzərTAc-a bildiriblər ki, noyabrın 5-6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunan “NQNK forumu” keçiriləcək.

Sayca ikinci olan forumun təşkilatçıları “Caspian Event Organisers”, “İteca Caspian” və “INBC Consulting” şirkətləridir. Hazırda NQNK layihəsinin təşəbbüskarları EPC (layihələndirmə-satınalma-tikinti) adlanan ikinci mərhələyə, yeni layihənin bilavasitə həyata keçirilməsi mərhələsinə başlayırlar.

Forum həm dünya, həm də yerli miqyasda aparıcı şirkətlərə rəhbərlər və digər yüksək səviyyəli nümayəndələr səviyyəsində NQNK layihəsinin həyata keçirilməsi zamanı tətbiq etməyə hazır olduqları neft-qaz emalı və nefе-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını, eləcə də digər resursları, habelə innovasiyalı həll variantlarını təqdim etmək üçün nadir şərait yaradacaq. Builki forumun məqsədi açar təhvili üzrə tikinti işlərinə, habelə neft-qaz emalı və neft-kimya zavodlarının tikintisi zamanı göstərilən xidmətlərə birbaşa cəlb olunacaq şirkətlərin ünsiyyəti və qarşılıqlı əlaqəsi üçün meydançanın təşkil edilməsidir.

Forumda iştirak edəcək şirkətlərin siyahısında “SOCAR Turkey Energy A,Ş”, “Alstom”, “Azmeco”, “Borusan Makina”, “METAG İnşaat”, “Hoerbiger”, “İneos”, “MANRO”, “İtochu”, “Petrofac”, “Total”, “STAR Rafinery A,Ş”, “Tecnimont”, “Yamata İnşaat” və digər şirkətlər vardır.

Forum həm xarici, həm də yerli şirkətlər üçün layihənin inkişafı barədə dəqiq və ətraflı məlumat almaq, bazarın əsas iştirakçılarının təcrübəsi ilə tanış olmaq və NQNK layihəsi üzrə müxtəlif tenderlərdə iştirak edəcək şirkətlərlə birbaşa əməkdaşlığı müzakirə etmək baxımından fürsət olacaq.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 698 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN