Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakıda yeni metro xətti tikiləcək

Mart 09
17:35 2015

Polşanın TINES şirkəti Bakı Metropoliteninin yeni xəttinin tikintisində iştirak edəcək.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda şirkət və “Bakı Metropoliteni” QSC arasında anlaşma memorandumu imzalanacaq.

Bu layihədə şirkətin iştirakı haqqında danışıqlar son iki il ərzində aparılıb.

Diplomat qeyd edib ki, memorandumun imzalanması Polşa Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinskinin Azərbaycana qarşıdakı səfəri çərçivəsində gözlənilir. Nazir mayda kənd təsərrüfatı məhsulları sərgisində iştirak etmək üçün Bakıya gələcək. Polşa nümayəndə heyətinin tərkibində ölkənin bir sıra iri firmalarının nümayəndələri olacaqlar.

M.Tsalka əlavə edib ki, Polşa ixtisaslı kadrların hazırlanmasına da yardım etməyə hazırdır: “Ölkəmizdə ilk növbədə iqtisadiyyat, mühəndislik kimi ixtisaslar üzrə yüksək keyfiyyətli təhsil almaq mümkündür. Biz Azərbaycan gənclərinə belə imkan verməyə hazırıq. Şərtlər Polşa Baş nazirinin müavininin Bakıya səfəri zamanı razılaşdırıla bilər”.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 666 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN