Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakıdan Sumqayıta relsli nəqliyyat marşrutu açılacaq

Oktyabr 22
20:15 2014

“Sələf Xəbər”-in Bakupost-a istinadən məlumatına görə, Bakıdan Ələt, Sumqayıt və H.Əliyev adına Hava Limanı istiqamətində relsli ictimai nəqliyyat marşrutları açılacaq.

Bu barədə xəbər verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin sözlərinə görə, 2015-ci ildə metro xətləri, dəmir yolları və sürətli avtomobil yollarının çəkilişinə başlanılacaq.

O bildirib ki, Ələtdə ikinci aeroportun tikilməsi ilə əlaqədar həmin ərazidə nəqliyyatın inkişafı Böyük Bakının Regional İnkişaf Planında nəzərdə tutulub. Komitə sözçüsü 2014-2015-ci illərdə ictimai nəqliyyat vasitələri üzrə yeni marşrutların açılmasının da planlaşdırıldığını söyləyib: “Sumqayıt sənaye qütbü və Ələt inkişaf qütbü kimi inkişaf etdiriləcək. Ələtdə ikinci aeroport tikiləcək.

Bakıdan Ələt, Sumqayıt və H.Əliyev adına Hava Limanı istiqamətində relsli ictimai nəqliyyat marşrutları açılacaq. Kənd təsərrüfatı istehsalı, milli parkların yaradılması və ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulmuş ərazilərin mühafizə olunması, eləcə də su hövzələrinin təmizlənməsi və regional parklara çevrilməsi Böyük Bakının Regional İnkişaf Planında əks olunub”.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs
Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyatnövlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3018. 731 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN