Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakıdan xaricə getmək neçəyə başa gələcək?

Mart 30
18:10 2016

Şirkətin rəsmisi məsələyə aydınlıq gətirdi.

Bu gün Azərbaycanın internet məkanında ən çox müzakirə olunan məsələ turizm şirkətlərindən birinin AZAL-ın bir müddət əvvəl yaradılmış AZALJET loukosterinin həyata keçirdiyi reyslərə 21 avrodan başlayan qiymətləri təklif etməsi oldu.

Yayılan məlumatda qeyd olunurdu ki, “GREENWICH Travel Club” şirkəti AZALJET-in həyata keçirdiyi Bakı-Tbilisi-Bakı istiqamətində uçuşlara 21 avro, Bakı-Dubay-Bakı marşrutu üzrə isə 23 avro qiymət təklif edir.

Lakin bir müddət əvvəl milli aviadaşıyıcının yaydığı məlumatda qeyd olunurdu ki, AZALJET loukosterinin təklif etdiyi istiqamətlərdə biletlərin qiyməti 49 avrodan başlayır. Yəni aviaşirkət özü bileti 49 avroya satırsa, turizm firmasının qiyməti 21 avroya endirməsi inandırıcı görünmür.

“Sələf Xəbər”in məlumatına görə, məsələ ilə bağlı “GREENWICH Travel Club” şirkətindən Oxu.Az-a bildiriblər ki, həqiqətən də, AZALJET ilə uçmaq üçün təklif olunan biletlərin qiymətləri 21 avrodan başlayır, lakin bu, başlanğıc qiymətlərdir.

“Bu qiymətə aeroport yığımları və rüsumlar daxil deyil. Bizim saytımızda bu məlumatlar daha düzgün verilib. Ola bilsin ki, qəzet və saytlarda bu məlumatlar təhrif olunur”, – deyə şirkətdən bildiriblər.

Həqiqətən də, şirkətin saytında yer alan elanın sonunda xırda şriftlərlə qeyd olunur ki, təklif olunan 21 avroluq biletin qiymətinə aeroport yığımları və rüsumlar daxil deyil.

“Qiymətlər AZAL-ın müəyyən etdiyi tariflər üzrə hesablanıb. Sadəcə, qeyd etdiyimiz kimi, qiymətlərə aeroport yığımları daxil edilməyib. Aeroport yığımları daxil olanda bu rəqəm istiqamətdən, uçuş və gəliş tariflərindən asılı olaraq, 100-105 avroya qədər qalxa bilər”, – deyə şirkətdən bildiriblər.

Şirkətdən qeyd edilib ki, qiymətlər AZAL-ın tariflərindən aşağı ola bilməz:

“Bu qiymət AZAL-ın öz qiymətindən heç cürə aşağı ola bilməz. Şirkət AZAL-ın tarifləri əsasında qiymətləri müəyyən edir.

Müştərilər ətraflı məlumat almaq üçün bizə müraciət etdikdə, onlara uçuşdan asılı olaraq dəqiq bir qiymət deyilir”.

Öz növbəsində məsələ ilə bağlı Oxu.Az-a danışan AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, AZAL artıq elan etmişdi ki, AZALJET brendi altında həyata keçirilən reyslərin qiyməti 49 avrodan başlayır və bura aeroport yığımları və rüsumlar daxildir.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxil olmaqla istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayacaq.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Uca Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması Onun insanlara böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 670 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN