Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Bakının ən böyük metro stansiyası gələn il istifadəyə veriləcək

Sentyabr 10
13:41 2014

Bugun.az ANS TV-yə istinadən məlumatına görə, Metropolitenin yeni “Avtovağzal” stansiyasında tikinti işləri davam etdirilir. Bir neçə il bundan əvvəl başlayan inşaatın gələn il Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.

“Avtovağzal” başqa stansiyalardan ilk növbədə fərqli dizaynı ilə seçiləcək. Bu, Bakının 7 giriş və çıxışı olan ən böyük stansiyası olacaq. Başqa bir yenilik isə stansiyada qatara 7 vaqonun qoşulması və qatarlarda xəbərdaredici siqnalizasiyanın quraşdırılması olacaq. Stansiya üçün gətiriləcək yeni vaqonlar genişliyi, rahatlığı, həmçinin soyuducu sisteminin olması ilə fərqlənəcək.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, stansiyanın tam yeni avadanlıqlarla təmin olunması üçün artıq xarici ölkələrlə müqavilələr imzalanıb.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 662 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN