Bolqarıstan Azərbaycandan qaz alacaq
Avqust 30
17:38
2014
864 dəfə baxılıb
İnterpress.az “Anadolu” xəbər agentliyinə istinadən bildirir ki, Rosen Plevneliyev, Bolqarıstanın Azərbaycandan təbii qaz alacağını bəyan edib.
Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağından hasil ediləcək Azərbaycan təbii qazı bütün Avropa ölkələri üçün çox önəmlidir.
R. Plevneliyev bildirib ki, sentyabrın 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və digər ölkələrin dövlət başçılarının görüşü keçiriləcək: “Bu görüşdə Azərbaycan qazının Cənubi Avropaya, həmçinin Bolqarıstana nəqli müzakirə olunacaq”.