Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

BP Azərbaycanda qaz hasilatını artırıb

Avqust 11
15:46 2015

2015-ci ilin birinci yarımilində Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağında 5,2 milyard kub metr qaz və 1,2 milyon ton kondensat hasil edilib ki, 2014-cü ildə bu göstəricilər 4,75 milyard kub metr qaz və 1,12 milyon ton kondensat təşkil edib.

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, bu barədə BP şirkətinin 2015-ci il yanvar-iyun aylarında Azərbaycandakı fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabatında deyilir.

Məlumatda bildirilir ki, göstərilən dövrdə yataqda gündəlik orta hasilat 29,5 milyon kub metr təşkil edib.

2014-cü ildə “Şahdəniz” yatağında 9,9 milyard kub metr qaz və 2,3 milyon ton kondensat hasil edilib ki, 2013-cü ildə bu göstərici 9,8 milyard kub metr qaz və 2,48 milyon ton kondensat olub.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN