“Cənub Qaz Dəhlizi” siyasi yox, ciddi kommersiya layihəsidir”
784 dəfə baxılıb
SOCAR: “2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq”.
“Cənub Qaz Dəhlizi” bütövlükdə bizim irəliləyişimizi nəzərdə tutan bir layihə deyil. Bu layihə siyasi yox, ciddi kommersiya layihəsidir”.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, bunu “EurActiv” nəşrinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O bildirib ki, Azərbaycan bu layihəni beynəlxalq tərəfdaşları ilə birgə reallaşdırır: “Siz bu xəritədə Asiya və Avropa, dünyanın qərb və Oriental adlandırdığımız hissəsindən olan müvafiq şirkətləri görə bilərsiniz. Eləcə də, bu layihədə, həmçinin “Şahdəniz-2” layihəsinin səhmdarlarından olan Rusiyanın “LUKoil” şirkəti, İranın NİKO şirkəti, Britaniyanın BP şirkəti, Malayziyanın Petronas şirkəti və Türkiyənin TPAO şirkəti iştirak edir. Avropalı alıcılara gəlincə, onların arasında “Shell”, “Qaz de Frans”, İspaniya təbii qaz, İtaliyanın ENEL və “Hera” şirkətləri üstünlük təşkil edir.
SOCAR rəsmisi qeyd edib ki, layihənin reallaşdırılmasında “reklam rol oynamır, işlər biznesin prinsipinə əsaslanır”.
“Layihənin reallaşdırılmasında inam olmasaydı, ona 45 milyard dollarlıq sərmayə yatırılmazdı. “Şahdəniz-2” mərhələsində qaz hasilatı üçün sonuncu tarix kimi 2018-ci il götürülüb. 2018-ci ildə mavi yanacaq Türkiyəyə, Əskişəhərə çatacaq. 2020-ci ilin əvvəlində bizim müştərilərimiz Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq”.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir”. (Bax: “Təfsir Əs-Saadi”)