Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Çindən gələn sınaq konteyner qatarı Ələt limanında

Avqust 03
17:34 2015

Çindən Azərbaycana gələn sınaq konteyner qatarı artıq Ələt limanına çatıb.

Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Gürcüstanın təşəbbüsü ilə bu ölkələrin ərazilərindən keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının saat 10:00-da Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanına çatması gözlənilir.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, qatar iyulun 28-dən Çinin Şixezi şəhərindən çıxıb.

Bu konteyner qatarının gəlişi dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkşafı üzrə Əlaqələndirmə Komitəsinin iclaslarında əldə etdikləri tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq Qazaxıstan, Çin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Ticarət Limanı ilə birgə həyata keçirilir.
Bu qatar 82 ədəd 20 tonluq konteyner daşıyır və daşınan yük kaustik sodadır. Bu təyinatlı yüklər əvvəllər alternativ marşrutla 25-40 gün müddətinə Bəndər-Abbas və Poti limanları ilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər, təqribən 6 gün çəkəcək.
Bu layihə çərçivəsində bu ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan -Türkiyə marşrutu üzrə göndərilməsi nəzərdə tutulub.
Tədbirdə Azərbaycan, Çin, Qazaxıstan, Gürcüstan, Türkiyənin buradakı səfirləri, “Qazaxıstan Dəmir Yolları”nın prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Mamuka Baxtadze və Batumi limanlarının rəisləri iştirak edir.
Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, yükdaşıma həcmlərinin artırılması məqsədilə rəqabətə davamlı dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 675 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN