Davudoğlu İrana gedəcək
710 dəfə baxılıb
Türkiyənin Baş naziri Əhməd Davudoğlu gələn həftə İrana səfər edəcək.
“Sələf Xəbər” “APA-Economics”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Ə.Davudoğlu İran Prezidenti Həsən Ruhani ilə görüşəcək.
Səfər çərçivəsində 5 sənədin imzalanması gözlənilir.
Bildirilir ki, tərəflər investisiya qoyuluşu, energetika, Suriyada baş verənlərlə bağlı danışıqlar aparacaq.
Bununla yanaşı, rəsmi Ankara İrandan nəql olunan qazın qiymətinin endirilməsi təqdirdə idxalatı artıra biləcəyin ortaya qoyacaq. Üstəgəl, görüşdə İranın Trans-Anadolu Boru Kəməri layihəsinə (TANAP) qoşulması da müzakirə predmeti olacaq.
“Ölkələrin siyasi rəhbərliyi İran qazının TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya nəql olunması məsələsini müzakirə edəcək”, – deyə mətbuat yazır.