Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Dayanacaqlarda Wi-Fi

Noyabr 10
16:33 2015

Bakı sakinlərinə şad xəbər!

Huawei və Bakcell şirkətlərinin birgə kampaniyası olan “Huawei & Bakcell LTE Campaign” çərçivəsində, paytaxtımızın bir çox avtobus dayanacaqlarında Wi-Fi modemləri quraşdırılıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bakılılar və şəhərin qonaqları artıq aksiyadan yararlanaraq, bu ictimai nəqliyyat dayanacaqlarında öz elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola biləcəklər.

Artıq, avtobus gözləyərkən keçirdiyiniz darıxdırıcı vaxtı daha səmərəli istifadə edəcəksiniz və zamanın necə keçdiyinin fərqinə varmayacaqsınız.

Aşağıdakı dayanacaqlarda pulsuz internetdən istifadə edə bilərsiniz.

Azərbaycan prospekti (Şahmat məktəbi)
Təbriz küçəsi (Təfəkkür universiteti)
Haqverdiyev küçəsi (İncəsənət universiteti)
Azadlıq prospekti (Baku Elektronics)
Səməd Vurğun küçəsi (Təzə bazar)
Şərifzadə küçəsi (İnşaatçılar metrosu)
Atatürk prospekti (Gənclik metrosu)
Parlament prospekti (Milli Məclis)
Z.Əhmədbəyov küçəsi (Nizami metrosu)
Məmməd Araz küçəsi (Atatürk pr.)

Əlavə olaraq qeyd edək ki, kampaniya çərçivəsində daha bir aksiya keçirilir. Huawei G620S, Mate7 və ya G7 telefonlarından birini alan hər kəs, telefonun qiymətinin iki mislini il ərzində, Bakcelldən balans kimi əldə edəcək, hansı ki, yalnız danışıq dəqiqələri kimi yox, həm də SMS və internet üçün də istifadə oluna bilər.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 648 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN