Dillər Universitetində maaşlar artdı
933 dəfə baxılıb
“Sələf Xəbər” virtualaz.org saytının məlumatına əsasən bildirir ki, bu tədris ilindən Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əmək haqları artırılıb.
Hazırda ADU əməkdaşları müxtəlif vəzifələr üzrə 500-1500 manat arası əməkhaqqı alırlar. Bu da Azərbaycanda ali məktəblərdə ən yüksək göstəricidir.
Qeyd edək ki, yeni tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib.
Universitetin hər üç korpusu əsaslı təmir olunub və maddi-texniki bazası yenilənib. Bu tədris ilində ADU-nun tələbə yataqxanası yüksək səviyyədə yaşayış üçün lazım olan hər növ avadanlıqlarla təchiz edilərək təmirdən sonra tələbələrin istifadəsinə verilir.
Universitetin maddi vəsaiti və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə ən müasir texnika və maddi-texniki baza ilə təmir edilib, 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İRK-ın Amerika mərkəzi bu tədris ilində yenidən istifadəyə verilib.
İlk dəfə universitet tarixində ADU-da məhz İRK-nin nəzdində yeni telestudiya açılır. ADU-nun müəllim və tələbələri bu telestudiyanın imkanlarından geniş şəkildə yararlana biləcəklər.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).