“Dilmanc” xidmətləri ödənişli olacaq
693 dəfə baxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi kommersiya əsasına keçə bilər.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu layihəyə yaxın mənbə deyib.
Onun sözlərinə görə, bu məsələ layihənin gələcək maliyyələşdirilməsinin qeyri-müəyyənliyi fonunda aktuallaşıb: “Əgər layihə nazirlik tərəfindən dəstək almasa, onun gələcək inkişafı üçün digər maliyyə mənbələri nəzərdən keçiriləcək. Variantlardan biri daha əvvəl pulsuz olan bəzi məhsulların kommersiyalaşdırılmasıdır”.
Mənbə qeyd edib ki, kommersiya əsasına keçirilə biləcək məhsullardan biri nitqin tanınması sistemidir. Həmçinin, mətnlərin ödənişli əsasda tərcümə edilməsi xidmətinin göstərilməsi imkanı nəzərdən keçirilir.
O əlavə edib ki, göstərilən xidmətləri dəyəri analoji xidmətlərdən və hətta tərcümə mərkəzlərinin təklif etdiyi xidmətlərdən dəfələrlə ucuz olacaq.