Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Dini ədəbiyyata və dərman vasitələrinə tətbiq ediləcək aksiz markasının qiyməti açıqlandı

İyul 11
16:21 2015

Dərman vasitələri üçün nəzarət markalarının qiyməti digər kateqoriyalı mal və əsərlərə verilən nəzarət markaları üçün müəyyən edilmiş vahid qiymətdən 15 dəfə ucuz olacaq.

Nazirlər Kabineti “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, indiyə qədər qüvvədə olan “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərara əsasən nəzarət markası verilən nüsxələrin növləri kimi audiovizual, fonoqram, kompyuter proqramı, məlumat toplusu və kitab nüsxələri müəyyən edilib və 1 iyul 2014-cü ildən 1 nəzarət markasının alınmasına görə vahid qiymət, yəni 15 qəpik ödənilib. Dəyişikliyə əsasən nəzarət markası verilən nüsxələrin növləri sırasına ayrıca dərman vasitələri və dini təyinatlı nüsxələr əlavə edilib. Dərman vasitələrinin bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 1 qəpik, dini təyinatlı vasitələrin (kağız və elektron daşıyıcılarda dini ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları) bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 2 qəpik müəyyən edilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 1 iyul 2015-ci il tarixdə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dərman vasitələri və dini təyinatlı vasitələr üçün nəzarət markaları artıq Müəllif Hüquqları Agentliyindən yox, müvafiq olaraq Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alınacaq.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 649 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN