Dollar sürətlə ucuzlaşır, neft isə bahalaşır
1. 098 dəfə baxılıb
FES uçot dərəcəsini dəyişməyib.
Federal Ehtiyatlar Sistemi (FES) ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb.
“Sələf Xəbər” “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.
FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında C. Yellen qeyd edib ki, inflyasiya ilə bağlı proqnoz 1,2%-dək endirilib. İşsizliklə bağlı proqnoz 4,7% səviyyəsində saxlanılıb.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.
İclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.
Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.
Qeyd edək ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Uca Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)