Dubay İslam Bankı 8 mükafatla təltif olunub
731 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük İslam bankı olan “Dubai Islamic Bank” “İslam, biznes və maliyyə sahəsində mükafatlar – 2015” adı altında keçirilən onuncu təltifetmə mərasimində 8 mükafata layiq görülüb.
Dubay İslam Bankı “Ən yaxşı İslam Bankı”, “Yaxın Şərqdə ən yaxşı pərakəndə bank”, “Yaxın Şərqin ən yaxşı kooperativ bankı”, “Yaxın Şərqdə ən yaxşı kommersiya bankı”, “Yaxın Şərqin ən yaxşı səhm təşkilatçısı bankı” nominasiyalarında mükafatlarla təltif olunub.
Bundan əlavə, “Dubai Islamic Bank”ın “Dar Al Sharia” (Şəriət evi) şöbəsi də “ən yaxşı konsultasiya xidmətləri” üzrə mükafata layiq görülüb.
“Sələf Xəbər” in “MüslimEco” ya istinadən məlumatına əsasən, “İslam biznes və maliyyə sahəsində mükafatları” təltifetmə mərasimini CPI Financial həyata keçirib.
Onu da qeyd edək ki, “Dubai Islamic Bank”ın baş direktoru Adnan Şilvan “İslam iqtisadiyyatına görkəmli töhfə” sahəsində ən nüfuzlu mükafatla təltif olunub.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin, islam bankinqi və islam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.